Bütün xəbərlər
İran ordusu bir saat ərzində 10 İsrail təyyarəsini vurduğunu iddia edir
Tarix: 14-06-2025 22:38 | Bölmə: Manşet

"Mehr" xəbər agentliyinin Xatəmül-Ənbiya hava hücumundan müdafiə bazasının komandanlığına istinadən verdiyi məlumata görə, İran silahlı qüvvələrinin nümayəndələri bir saat ərzində İranın müxtəlif bölgələrində İsrail Hərbi Hava Qüvvələrinə məxsus on təyyarəni vurmağa nail olduqlarını bildiriblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Agentliyin məlumatına görə, son bir saat ərzində İranın hava hücumundan müdafiə qüvvələri İsrailin 10 hərbi təyyarəsini vurub.
Agentlik daha ətraflı məlumat verməyib. Eyni zamanda, İsrail tərəfi təyyarənin itdiyini təsdiqləməyib.
Bundan əvvəl İranın İRNA xəbər agentliyi İsrail Hərbi Hava Qüvvələrinə məxsus üçüncü vurulan "F-35" təyyarəsinin pilotunun İranda əsir götürüldüyünü bildirmişdi. Daha sonra İDF-nin ərəb mediasının sözçüsü Aviçay Adrai deyib ki, İran dezinformasiya yayır.




Baxış sayı: 112


Bölməyə aid digər xəbərlər