Bütün xəbərlər
"Flightradar24": Netanyahunun təyyarəsi İranın gözlənilən hücumu səbəbilə qəzaya uğradı
Tarix: 13-06-2025 09:49 | Bölmə: Manşet

İsrailin baş naziri Benyamin Netanyahunun təyyarəsi İrandan gözlənilən cavab hücumu fonunda qəzaya uğrayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, "Flightradar24" məlumatlarından irəli gəlir.
Xidmətin məlumatına görə, bir nömrəli hökumət təyyarəsi Aralıq dənizi üzərində 40 dəqiqədən çox dövr edib. Daha sonra təyyarənin transponderi söndürülüb.
İyunun 13-nə keçən gecə İDF “Yüksək Aslan” adlı əməliyyata başlayıb. İsrail Hərbi Hava Qüvvələri hərbi obyektlərə, eləcə də İranın nüvə proqramı obyektlərinə zərbələr endirməyə başlayıb.
İranın ali dini lideri Ayətullah Əli Xamenei ölkə vətəndaşlarına müraciət edərək İsrailin İrana zərbələr endirməsini cinayət adlandırıb. O, həmçinin bildirib ki, İsrail “acı və dəhşətli aqibət”lə üzləşəcək.
Daha sonra “Əl-Cəzirə”nin istinad etdiyi İran ordusunun sözçüsü bildirib ki, Təl-Əviv Tehrana hücumlarının “ağır bədəlini” ödəyəcək.



Baxış sayı: 43


Bölməyə aid digər xəbərlər