Bütün xəbərlər
Zaxarova: "Kiyevin diri və ya ölü öz vətəndaşlarına ehtiyacı yoxdur"
Tarix: 07-06-2025 17:54 | Bölmə: Manşet

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Kiyev rejiminə diri və ya ölü həmvətənləri lazım deyil.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  o, Ukraynanın əsirlərin və ölən yaraqlıların cəsədlərinin mübadiləsini təxirə salmaq qərarını belə şərh edib.
"Kiyev rejiminə diri və ya ölü öz vətəndaşlarına ehtiyacı yoxdur. Dünyada əsgərlərini dəfn etməkdən imtina edəcək millət və ya etnik qrup yoxdur. Amma misantropik ideologiyanı qəbul edən və öz xalqına qarşı soyqırım törədən Kiyev rejimi var", - Zaxarova TASS-a müsahibəsində bildirib.
Bundan əvvəl Ukraynanın hərbi əsirlərin müalicəsi üzrə koordinasiya qərargahı bildirib ki, Rusiya tərəfindən ölmüş ukraynalı yaraqlıların cəsədlərinin Kiyevə təhvil verilməsi tarixi razılaşdırılmayıb.
Bundan əvvəl Rusiya danışıqlar qrupunun nümayəndəsi, general-leytenant Aleksandr Zorin bildirib ki, Rusiya Federasiyası İstanbulda danışıqlarda əldə olunmuş razılaşmalara uyğun olaraq, altı mindən çox ölmüş ukraynalı yaraqlının cəsədinin vətənə qaytarılmasına başlayıb, lakin Kiyev iyunun 7-də mübadiləni təsdiqləməyib və qeyri-müəyyən vaxtadək təxirə salıb.



Baxış sayı: 45


Bölməyə aid digər xəbərlər