Bütün xəbərlər
"L'AntiDiplomatico": Kiyevin aerodromlara hücumları Trampı çətin vəziyyətə salıb
Tarix: 06-06-2025 13:21 | Bölmə: Manşet

İtaliyanın "L'AntiDiplomatico" nəşri yazır ki, ABŞ prezidenti Donald Tramp Ukrayna Silahlı Qüvvələrinin Rusiya aviabazalarına hücumu səbəbindən çətin vəziyyətə düşüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  qəzetin qeyd etdiyinə görə , Ukrayna Moskva ilə Vaşinqton arasında münasibətlərin yaxşılaşdırılması prosesinə xələl gətirmək niyyətindədir və bu, Kiyevin hücumunun məqsədlərindən biri idi.
“İrimiqyaslı hücum ABŞ prezidentini və onun komandasını Rusiya və Ukrayna arasında danışıqların həlledici mərhələsində çox çətin vəziyyətə salıb”, - məqalədə deyilir.
Bundan əvvəl “The Atlantic” jurnalı ABŞ administrasiyasındakı mənbələrə istinadən yazıb ki, Ağ Ev Kiyevə dəstəyi dayandırmaq imkanını nəzərdən keçirir, çünki Tramp Ukrayna hakimiyyətinin Rusiya aerodromlarına hücum qərarından narazıdır. "Axios" həmçinin qeyd edib ki, Amerika lideri Kiyevin həyata keçirdiyi hücumun nəticələrindən narahatdır.



Baxış sayı: 158


Bölməyə aid digər xəbərlər