Bütün xəbərlər
Orban: "Aİ Ukraynanın əli ilə Rusiyaya qarşı müharibə aparır və onunla qarşıdurmanı davam etdirmək istəyir"
Tarix: 06-06-2025 11:34 | Bölmə: Manşet

Avropa Birliyi Ukraynanın əli ilə Rusiyaya qarşı müharibə aparır, Rusiya ilə daha on il qarşı-qarşıya gəlmək niyyətindədir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Kossuth radiosunun efirində deyib.
Onun fikrincə, Aİ Ukraynanı Avropanın müdafiəsinin ön cəbhəsi hesab edir, burada Avropanın maraqları qorunmalıdır.
"Avropa hesab edir ki, qarşıdakı 10 il üçün ən vacib vəzifə rusların indi onlarla qarşılaşacağımızı başa düşməsidir", - Orban deyib.
Macarıstanlı siyasətçi Macarıstanın bu yanaşma ilə razılaşmadığını da diqqətə çatdırıb.
Bir müddət əvvəl sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının həmsədri Tino Krupalla bildirib ki, Kiyevin Rusiya ərazisinə zərbələri Ukraynanın NATO-nun proksi müharibəsində strateji rol oynamaq niyyətindən xəbər verir. O, həmçinin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin hücumları sülh sazişinin əldə olunmasına mane olur.



Baxış sayı: 39


Bölməyə aid digər xəbərlər