Bütün xəbərlər
Almaniyanın müdafiə naziri: "NATO Rusiyanı əsas təhlükə kimi tanımalıdır"
Tarix: 05-06-2025 13:38 | Bölmə: Manşet

NATO müdafiə nazirlərinin iclası başlamazdan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius alyansı Rusiyanı “ən böyük təhlükə” elan etməyə çağırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Reuters" agentliyi Almaniyanın müdafiə nazirinin sözlərini yazır.
"NATO sammit bəyannaməsində Rusiyanın ona ən böyük təhlükə olduğunu açıq şəkildə bildirməlidir", - Pistorius bildirib.
O, həmçinin bildirib ki, Almaniya alyansın yeni vəzifələrini yerinə yetirmək üçün hərbi personalını təxminən 50-60 min nəfər artırmalıdır.
Eyni zamanda, agentliyin müşahidəçiləri qeyd edirlər ki, alyansa üzv olan ölkələr hələ də yeni öhdəliklərin yerinə yetirilmə vaxtı ilə bağlı fikir ayrılığına malikdirlər. Mübahisələr dövlətlərin cari xərcləri və sənaye istehsalı səviyyələrindəki fərqlər, eləcə də “müdafiə xərcləri” kimi dəqiq nəyin müəyyən edilməsi ilə bağlıdır.
Bundan əvvəl bildirilmişdi ki, ABŞ prezidenti Donald Tramp NATO-nun Haaqada iyunun 24-25-də keçiriləcək sammitində növbəti dəfə Avropanı müdafiə xərclərini artırmağa və ABŞ-la bərabər olmağa çağırmaq niyyətindədir.



Baxış sayı: 54


Bölməyə aid digər xəbərlər