Bütün xəbərlər
Ryabkov: "Rusiya Ukraynanın hücumuna məruz qalan təyyarələri bərpa edəcək"
Tarix: 05-06-2025 08:46 | Bölmə: Manşet

İyunun 1-də Ukrayna qoşunlarının hücumu zamanı Rusiya təyyarələri məhv edilməyib, təyyarə bərpa olunacaq.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib.
İyunun 1-də Kiyev rejimi Rusiyanın Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki aerodromlarına pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Rusiya Müdafiə Nazirliyi hücumlar nəticəsində bir neçə təyyarənin yandığı barədə məlumat verib.
"Müdafiə Nazirliyinin nümayəndələrinin də dediyi kimi, sözügedən texnika məhv edilməyib, əksinə zədələnib. O, bərpa olunacaq", - Ryabkov TASS-a hücumların strateji balansa mümkün təsiri barədə sualı cavablandırarkən deyib.
Xarici işlər nazirinin müavini həmçinin Kiyevin hücumla bağlı açıqlamalarının əsassız olduğunu vurğulayıb və Rusiya Müdafiə Nazirliyinin məlumatlarına əməl etməyə çağırıb. Ryabkovun fikrincə, Kiyev rejiminin təminatlarına “hətta yaxın heç nə yoxdur”.



Baxış sayı: 55


Bölməyə aid digər xəbərlər