Bütün xəbərlər
Şoyqu Kim Çen Inla Ukrayna və Rusiya ilə KXDR arasında ikitərəfli əməkdaşlığı müzakirə edib
Tarix: 04-06-2025 20:42 | Bölmə: Manşet

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və KXDR lideri Kim Çen In Ukrayna münaqişəsini, eləcə də ölkələr arasında əməkdaşlığı müzakirə ediblər, Rusiya Təhlükəsizlik Şurası məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, tərəflər həmçinin Kursk vilayətinin azad edilməsində iştirak etmiş Şimali Koreya əsgərlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılan addımlara, onun bərpası perspektivlərinə, eləcə də Moskva ilə Pxenyan arasında ikitərəfli əməkdaşlığa toxunublar.
"Görüş zamanı beynəlxalq gündəliyin geniş spektri məsələləri, o cümlədən Ukrayna ətrafında vəziyyət, Rusiya ilə KXDR arasında ikitərəfli münasibətlərin imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqavilə ruhunda inkişaf perspektivləri ətrafında ətraflı dialoq aparılıb", - "İnterfaks" agentliyi xəbər verir.
Bundan əvvəl Rusiyanın KXDR-dəki səfirliyi Sergey Şoyqunun Pxenyana səfəri barədə məlumat yayıb, səfər zamanı o, Kim Çen Inla Rusiya Federasiyası ilə KXDR arasında əməkdaşlığı müzakirə edib, həmçinin Ukrayna və Koreya yarımadasındakı böhranlarla bağlı fikir mübadiləsi aparıb.



Baxış sayı: 46


Bölməyə aid digər xəbərlər