Bütün xəbərlər
Ərdoğanın ofisi: Ukrayna sammitindən əvvəl “telefon diplomatiyası” vacibdir
Tarix: 03-06-2025 08:05 | Bölmə: Manşet

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna münaqişəsinin həlli üçün liderlərin görüşünün hazırlanması təşəbbüsü Rusiya lideri Putin də daxil olmaqla ənənəvi “telefon diplomatiyası”nı nəzərdə tutur.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə RİA Novosti-yə Türkiyə dövlət başçısının ofisi məlumat verib.
Bundan əvvəl Ərdoğan Türkiyədə Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında Kiyev rəhbəri Vladimir Zelenskinin iştirakı ilə görüşünün təşkilinə ümid etdiyini bildirib. Bu bəyanat İstanbulda Çırağan sarayında keçirilən danışıqlardan sonra verilib.
Türkiyə lideri Ankaranın sammitə hazırlıq üçün lazımi addımları təşkil etməyə hazır olduğunu qeyd edib. Ərdoğanın sözlərinə görə, onun istifadə etdiyi “telefon diplomatiyası” əvvəllər beynəlxalq böhranların həllinə kömək edib və sammitin təşkilində mühüm rol oynaya bilər.
İyunun 2-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ikinci raundu baş tutub. Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinski bir saatdan bir qədər çox davam edən danışıqların nəticələrindən danışıb.



Baxış sayı: 54


Bölməyə aid digər xəbərlər