Bütün xəbərlər
Medinski: "Rusiyanın memorandumu qətiyyən ultimatum deyil"
Tarix: 02-06-2025 21:15 | Bölmə: Manşet

Rusiya prezidentinin köməkçisi, İstanbuldakı danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, Rusiyanın Ukraynaya təhvil verdiyi memorandum qətiyyən ultimatum deyil.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun vurğuladığına görə, Rusiya danışıqlar aparmaq və onun üçün əsas olmayan məsələlərdə güzəştə getmək bacarığını nümayiş etdirib.
"Bu, qətiyyən ultimatum deyil. Bu, həqiqətən də bizə real sülhə nail olmağa imkan verəcək təklifdir. Yaxud heç olmasa atəşi dayandırıb uzunmüddətli sülhə nail olmaq üçün böyük addım atmaq olar", - TASS Medinskidən sitat gətirir.
Medinski bir müddət əvvəl Moskvanın İstanbuldakı danışıqların nəticələrindən məmnun olduğunu bildirmişdi. Görüşdə Rusiya tərəfi Ukrayna nümayəndə heyətinə münaqişənin həlli ilə bağlı memorandum layihəsini təhvil verib və gələn həftə ölmüş ukraynalı yaraqlıların 6 min cəsədini qaytarmağa hazır olduğunu bəyan edib.
Rusiya Federasiyası həmçinin təmas xəttinin müəyyən hissələrində 2-3 günlük atəşkəs rejiminin tətbiqini təklif edib. Bundan əlavə, Medinski böyük məhbus mübadiləsinin hazırlanması barədə məlumat verdi.



Baxış sayı: 49


Bölməyə aid digər xəbərlər