Bütün xəbərlər
"Publico": Tramp və Kelloq Putinin Ukrayna ilə bağlı mövqeyini başa düşür
Tarix: 02-06-2025 07:25 | Bölmə: Manşet

ABŞ prezidenti Donald Tramp və onun Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Rusiya lideri Vladimir Putinin Ukrayna ilə bağlı mövqeyinin əsaslandırılmasını başa düşürlər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İspaniyanın “Público” nəşri məlumat yayıb.
Nəşr göstərir ki, Tramp və onun ətrafı başa düşürlər ki, Putini təhdid etmək olmaz, çünki Rusiya prezidentinin “real vəziyyətə əsaslanan öz gündəliyi var”.
Məqalə müəllifi qeyd edir ki, Rusiya hazırkı münaqişədə hərbi üstünlüyünü artırır ki, bu da Moskvaya Kiyevlə danışıqlarda öz şərtlərini diktə etməyə imkan verir. Bundan əlavə, məqalədə ABŞ-ın Rusiya ilə konstruktiv dialoq qurmasının zəruriliyindən bəhs edilir.
Bundan əvvəl Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirmişdi ki, Rusiya və ABŞ BMT-də “kifayət qədər qənaətbəxş işgüzar əlaqələr” inkişaf etdiriblər. Onun sözlərinə görə, hazırkı mərhələdə tərəflər müxtəlif sahələrdən olan məsələləri müzakirə etmək iqtidarındadırlar. ABŞ prezidenti Donald Trampın Rusiya Federasiyası ilə ABŞ arasında ikitərəfli münasibətlərlə bağlı direktivlərinin gələcək icrası gözlənilir.



Baxış sayı: 51


Bölməyə aid digər xəbərlər