Bütün xəbərlər
Medinski: "Rusiya iyunun 2-də Ukrayna ilə bağlı mövqeyini ətraflı izah edəcək"
Tarix: 01-06-2025 23:10 | Bölmə: Manşet

Rusiya Ukraynadakı münaqişənin həlli ilə bağlı mövqeyini iyunun 2-də ətraflı şəkildə izah edəcək, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların ikinci raundu iyunun 2-də İstanbulun Çırağan sarayında keçiriləcək. RİA Novosti-nin məlumatına görə, görüş Moskva vaxtı ilə saat 13:00-da başlayacaq.
Medinski İstanbula gələrkən "Rossiya 1" telekanalında deyib: "Biz sabah hər şeyi ətraflı izah edəcəyik".
Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, Baş Qərargahın Baş Kəşfiyyat İdarəsinin rəisi, "Rusiya Qəhrəmanı" İqor Kostyukov və Rusiya Müdafiə nazirinin müavini Aleksandr Fomin də daxildir. Danışıqların birinci raundundan dəyişməz olaraq qalır.



Baxış sayı: 141


Bölməyə aid digər xəbərlər