15:52 / 31-05-2025
İqor Muravyov vəfat edib
Bütün xəbərlər
Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri dünyanı Rusiyaya təzyiqləri artırmağa çağırıb
Tarix: 30-05-2025 23:28 | Bölmə: Manşet

Dünya Rusiyanın Ukraynada hərbi əməliyyatların davam etdirilməsi ilə bağlı bəyanatlarına Moskvaya təzyiqləri artırmaqla cavab verməlidir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sıbıqa deyib.
Onun sözlərinə görə, Rusiya tərəfinin bəyanatları münaqişənin sülh yolu ilə həlli tərəfdarlarına “üzünə şillədir”.
"Biz Rusiyanın sülh prosesinə xələl gətirən təkəbbürlü bəyanatlarına cavab tələb edirik. Biz israr edirik ki, indi Moskvaya təzyiqlər artırılsın", - o, X sosial şəbəkəsində yazıb.
Daha əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Kiyevin Moskva ilə növbəti atəşkəslə bağlı təşəbbüsləri Rusiya Federasiyasını birtərəfli xoşməramlı jest etməyə məcbur etmək istəyinə əsaslanır. Kiyev bu vaxtdan Ukrayna Silahlı Qüvvələrini yenidən qruplaşdırmaq və Kiyev rejiminin ordusunu daha da silahla doyurmaq üçün istifadə edir.



Baxış sayı: 44


Bölməyə aid digər xəbərlər