Bütün xəbərlər
Rudenko: "Rusiya ümid edir ki, Kiyev danışıqlara ciddi yanaşacaq"
Tarix: 30-05-2025 08:29 | Bölmə: Manşet

Rusiya gözləyir ki, Ukrayna tərəfi İstanbulda danışıqlara ciddi yanaşacaq və böhranın sülh yolu ilə həlli üçün fürsətdən istifadə edəcək, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko “Rusiya və Çin: Yeni dövrdə əməkdaşlıq” Onuncu Beynəlxalq Konfransında bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, Rusiyanın Ukraynadakı münaqişənin tezliklə həllində maraqlı olduğunu vurğulayıb.
"Biz ümid edirik ki, Kiyev hakimiyyəti bu dəfə bu danışıqlara ciddi yanaşacaq və böhranın sülh yolu ilə həllinə nail olmaq üçün fürsətdən istifadə edəcək", - Rudenko RİA Novosti-yə bildirib.
O, həmçinin qeyd edib ki, İstanbuldakı görüş nizamlanma üçün əməli addımların razılaşdırılmasına imkan verib.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya nümayəndə heyətinin tərkibinin dəyişməz qalacağını açıqlayıb: prezidentin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Fomin Alexander.



Baxış sayı: 42


Bölməyə aid digər xəbərlər