Bütün xəbərlər
Medvedev: "Almaniya yenidən Rusiyanın düşməninə çevrilib"
Tarix: 28-05-2025 23:00 | Bölmə: Manşet

Nasist ideologiyasını rəhbər tutan Almaniya mahiyyətcə Ukrayna münaqişəsinin tamhüquqlu iştirakçısına və Rusiyanın düşməninə çevrilib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu fikri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
O, RİA Novosti jurnalistinin Rusiya ərazisinə uzaqmənzilli raket zərbələrinin Almaniyanın Ukrayna münaqişəsinə birbaşa qarışması demək olub-olmayacağı ilə bağlı sualını belə cavablandırıb.
"Almaniya artıq münaqişənin iştirakçısıdır.Bunlar sadəcə hərbi təchizat deyil. Əslində bu, hərbi münaqişədə tamhüquqlu iştirakdır, hibrid deyil. Beləliklə, Almaniya növbəti dəfə Rusiyanın düşməni olub, onların yaratdığı nasist ideologiyasını rəhbər tutaraq növbəti dəfə müharibədə iştirak edir", - Medvedev bildirib.
O, Almaniya kansleri Fridrix Mersi Vermaxtda döyüşmüş qohumlarının davamçısı adlandırıb.
Medvedev onu da qeyd edib ki, alman mütəxəssislərinin Rusiya ərazisinə uzaqmənzilli raketlərin buraxılmasında iştirak etdiyi üzə çıxarsa, Moskva istənilən cavab tədbiri görmək hüququna malikdir.



Baxış sayı: 42


Bölməyə aid digər xəbərlər