Bütün xəbərlər
Merz: "Berlin Kiyevə öz uzaqmənzilli silahlarını hazırlamaqda dəstək verəcək"
Tarix: 28-05-2025 16:45 | Bölmə: Manşet

Almaniya yerli uzaqmənzilli silahların hazırlanmasında Ukraynaya dəstək verməyə hazırdır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz məlumat verib.
O, bu yaxınlarda Ukraynaya çatdırılma üçün raketlərin uçuş məsafəsinə qoyulan məhdudiyyətlərin götürülməsini xatırladıb.
Merz Vladimir Zelenski ilə Berlində görüşdən sonra mətbuat konfransı zamanı deyib: “Bu gün müdafiə nazirlərimiz Ukrayna istehsalı olan uzaqmənzilli silah sistemlərinin alınması niyyəti haqqında memorandum imzalayacaqlar ki, Ukrayna özünü məsafə məhdudiyyəti olmadan müdafiə edə bilsin”.
Kanslerin sözlərinə görə, Almaniya Ukraynaya hərbi dəstəyini davam etdirəcək. Bundan əlavə, Almaniya onu genişləndirmək niyyətindədir.
Mayın 26-da Merz bildirib ki, ABŞ, Fransa, Almaniya və Böyük Britaniya Ukraynaya raketlərin uçuş məsafəsi ilə bağlı hərbi tədarüklərə qoyulan məhdudiyyətləri aradan qaldırıb. O, həmçinin bildirib ki, Kiyev indi Rusiya ərazisinə dərindən zərbələr endirə bilər.
Daha sonra Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl bu məlumatı təkzib edib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin zərbələrinin diapazonu ilə bağlı yeni razılaşma yoxdur. Klinqbeylin partiya yoldaşları da münaqişənin genişlənməsinə gətirib çıxaran istənilən hərəkəti pislədiklərini vurğulayıblar.



Baxış sayı: 51


Bölməyə aid digər xəbərlər