14:46 / 20-05-2025
Gəmi zədələnib
Bütün xəbərlər
Stubb: "Avropa həm də Ukrayna danışıqlarında vasitəçidir"
Tarix: 21-05-2025 23:24 | Bölmə: Manşet

Hazırda Avropa da Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda vasitəçi kimi iştirak edir, Finlandiya prezidenti Aleksandr Stubb bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun fikrincə, Avropa bu prosesə qoşula bildiyi üçün münaqişənin həlli ilə bağlı vəziyyət uğurla inkişaf edir. Stubb aydınlaşdırdı ki, Birləşmiş Ştatlar da vasitəçi rolundan əl çəkmədi.
"İndi daha çox vasitəçi var: əvvəllər bu rolu yalnız ABŞ oynayırdı, indi Avropa da iştirak edir", - Finlandiyanın "Yle" telekanalı Stubbdan sitat gətirir.
Finlandiya prezidenti daha əvvəl bildirmişdi ki, Ukrayna üzrə danışıqlar gələn həftə Vatikanda baş tuta bilər və Avropa da ABŞ-la birlikdə bu danışıqlarda iştirak edə bilər.
Daha əvvəl Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko bildirmişdi ki, Avropa İttifaqının Ukrayna münaqişəsi ilə bağlı danışıqlar masasında yeri yoxdur, çünki Aİ-nin əsl planı istənilən sülh razılaşmalarını pozmaqdır.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər