14:46 / 20-05-2025
Gəmi zədələnib
Bütün xəbərlər
Politoloq Dudakov: "ABŞ başa düşür ki, Rusiya ilə ultimatum dili ilə danışmaq mümkün deyil"
Tarix: 21-05-2025 15:49 | Bölmə: Manşet

ABŞ administrasiyası anlamağa başlayıb ki, Rusiya Federasiyası ilə ultimatum dili ilə danışmaq mümkün deyil.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, amerikalı Malek Dudakov “Rusiya” telekanalının “60 dəqiqə” verilişində dövlət katibi Mark Rubionun Senatdakı iclasdakı çıxışını şərh edib.
O, Rubionun Vaşinqtonun hədsiz təzyiqi səbəbindən Moskvanın danışıqlar prosesindən çıxma ehtimalını etiraf etməsini yaxşı adlandırıb.
"Senatdakı dinləmələrdə, fikrimcə, əsas məqam, ilk növbədə, indiki administrasiyanın Rusiya ilə ultimatum dili ilə danışmağın mənası olmadığını başa düşməsi ilə bağlıdır. Ona görə də Rubio etiraf edib ki, ABŞ sanksiyalar tətbiq edə bilər, lakin o zaman Rusiya danışmayacaq və proses çıxılmaz vəziyyətə düşəcək", - Dudakov izah edib.
Mayın 20-də Marko Rubio Vaşinqton Moskvanın münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını görərsə, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini və Ukraynaya hərbi dəstəyin genişləndirilməsini istisna etməyib.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər