14:46 / 20-05-2025
Gəmi zədələnib
09:19 / 20-05-2025
İtən kişi meyiti tapılıb
Bütün xəbərlər
Rubio: "ABŞ Rusiyanın Ukraynada atəşkəs şərtlərini razılaşdıracağını gözləyir"
Tarix: 20-05-2025 21:55 | Bölmə: Manşet

ABŞ dövlət katibi Marko Rubio ABŞ Senatında keçirilən dinləmələrdə bildirib ki, Birləşmiş Ştatlar Rusiyanın Ukraynadakı döyüşlərə son qoymaq üçün öz şərtlərini təqdim etməsini gözləyir, bundan sonra Moskvanın mövqeyi Vaşinqton üçün daha aydın olacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, diplomatın vurğuladığına görə, Vaşinqton münaqişənin müvəqqəti barışığa deyil, uzunmüddətli həllinə can atır və buna görə də həm Moskvanın, həm də Kiyevin uzun müddət yaşaya biləcəyi razılığın əldə olunmasını zəruri hesab edir.
"Biz başa düşürük ki, ruslar atəşi dayandırmağa hazır olduqları şərtlərin siyahısını hazırlayır və bu, daha geniş danışıqlara yol açacaq. Biz bu şərtləri gözləyirik. Biz onları əldə etdikdən sonra (Rusiya prezidenti Vladimir Putinin) hesablamalarını daha aydın başa düşəcəyik", - Rubio deyib.
Bundan əvvəl Rubio ABŞ Senatında bildirib ki, Ukrayna böhranı hərbi yolla həll edilə bilməz və tərəflər arasında danışıqlar yolu ilə həll edilməlidir. Eyni zamanda, o, ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli kontekstində Vladimir Putinə güzəştə getmədiyini bildirib.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər