14:46 / 20-05-2025
Gəmi zədələnib
09:19 / 20-05-2025
İtən kişi meyiti tapılıb
Bütün xəbərlər
Qətər Dövlətinin İnzibati Nəzarət və Şəffaflıq Qurumunun rəhbəri ölkəmizdə səfərdədir
Tarix: 20-05-2025 10:56 | Bölmə: Manşet

Baş Prokurorluq: 2026-cı ildə Bakıda İƏT-ə üzv ölkələrin antikorrupsiya qurum rəhbərlərinin üçüncü toplantısı keçiriləcək


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, Azərbaycan Prokurorluğu beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlıq edir və bir çox qlobal və regional təşəbbüslərdə fəal iştirak edir. Eyni zamanda, beynəlxalq münasibətlərin möhkəmləndirilməsi məqsədilə tərəfdaş qurumlarla birgə kompleks tədbirlər həyata keçirilir.

Bu barədə Sabaha-inamla.az-a Baş Prokurorluqdan bildiriblər. 
Bu çərçivədə, Azərbaycan Prokurorluğu və BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan Hüquq Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE Network) birgə təşkilatçılığı ilə 19–23 may tarixlərində Bakı şəhərində sözügedən beynəlxalq təşkilatın Altıncı Plenar İclas və İdarəetmə Komitəsinin Onuncu Görüşü baş tutur.
Tədbir çərçivəsində, beynəlxalq təşkilatlar və xarici dövlətlərin nümayəndə heyətləri ilə bir sıra görüşlər təşkil olunub.
Bu gün, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Qətər Dövlətinin İnzibati Nəzarət və Şəffaflıq Qurumunun rəhbəri Həməd bin Naserv AI-Misnəd ilə görüşüb.
Baş prokuror Kamran Əliyev, Azərbaycan ilə Qətər arasında mövcud olan güclü siyasi əlaqələri və əməkdaşlığı qeyd edərək, iki ölkənin müxtəlif sahələrdə əlaqələrinin əhəmiyyətini vurğulayıb.
Kamran Əliyev, iki ölkə arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirərək, 2026-cı ildə Bakıda İƏT-ə üzv ölkələrin antikorrupsiya qurumları rəhbərlərinin 3-cü toplantısının keçirilməsinə xüsusi əhəmiyyət verildiyini vurğulayıb, GlobE şəbəkəsi və digər beynəlxalq platformalar çərçivəsində birgə əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib. 
Həməd bin Naserv AI-Misnəd isə, Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi nəticələri və beynəlxalq əməkdaşlığa verdiyi töhfəni yüksək dəyərləndirib. O, Azərbaycan Prokurorluğunun beynəlxalq platformaların təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlığın inkişafına  verdiyi töhfələrin əhəmiyyətini vurğulayıb.
Görüşdən sonra qonaqlar Baş Prokurorluğun Tarix muzeyində ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş guşə ilə tanış olub və Azərbaycan Prokurorluğunun keçdiyi inkişaf yolunu əks etdirən eksponatları izləyiblər.

Sabaha-inamla.az






Baxış sayı: 76


Bölməyə aid digər xəbərlər