Bütün xəbərlər
Dmitriyev: "İstanbulda Moskva-Kiyev danışıqlarında ABŞ əsas rol oynayıb"
Tarix: 16-05-2025 17:23 | Bölmə: Manşet

Rusiyanın Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev mayın 16-da İstanbulda Rusiya və Ukrayna arasında aparılan danışıqlara ABŞ-ın töhfəsini yüksək qiymətləndirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.
Onun sözlərinə görə, iki nümayəndə heyəti arasında görüşün baş tutmasında Vaşinqton əsas rol oynayıb.
"İstanbulda son üç ildə ilk Rusiya-Ukrayna sülh danışıqları başlayıb. Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların baş tutmasında Tramp administrasiyası əsas rol oynayıb", - nəşr yazır.
Mayın 16-da İstanbulda Rusiya və Ukrayna arasında münaqişənin həlli ilə bağlı birbaşa danışıqlar aparılıb. Rusiya prezidenti Vladimir Putinin təklifi ilə tərəflər arasında təmaslar bərpa edilib. Jurnalist və “60 dəqiqə” verilişinin aparıcısı Yevgeni Popov bildirib ki, görüşün birinci raundu iki saatdan az davam edib, bundan sonra iştirakçılar fasilə verib.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər