Bütün xəbərlər
BMT-nin baş katibi Rusiya və Ukrayna arasında İstanbul danışıqlarında iştirak etməyəcək
Tarix: 14-05-2025 21:20 | Bölmə: Manşet

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlarda iştirak etməyəcək. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə BMT baş nümayəndəsinin müavini Fərhan Haq məlumat verib.
Ümumdünya Təşkilatının baş katibinin rəsmi nümayəndəsinin müavini aydınlaşdırıb ki, Quterreş hazırda Berlindədir və daha sonra Bağdada gedəcək.
"Baş katib orada (İstanbulda) olmayacaq", - deyə, Haq brifinq zamanı aydınlaşdırıb.
Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə birbaşa danışıqlar aparmaq üçün mayın 15-də İstanbula gəlmək niyyətindədir; Rusiya nümayəndə heyətinin tərkibi hələ açıqlanmayıb. ABŞ prezidenti Donald Tramp Ukrayna böhranının həlli ilə bağlı qarşıdan gələn danışıqlarda onun da iştirak edəcəyini istisna etməyib.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov qeyd edib ki, Rusiya və Ukrayna nümayəndələrinin Türkiyədəki danışıqları zamanı həm siyasi, həm də bir çox texniki məsələlər müzakirə olunacaq.
“60 dəqiqə” verilişinin efirində jurnalist Zaman Ramazanov bildirib ki, mayın 15-nə planlaşdırılan danışıqlar daha bir günə uzana bilər.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər