Bütün xəbərlər
Zaxarova NATO mətbuat xidmətini söz azadlığını məhv edənlər adlandırıb
Tarix: 13-05-2025 22:33 | Bölmə: Manşet

NATO Rusiyanın TASS agentliyinin Antalyada xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü üçün akkreditasiyasını rədd edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Mariya Zaxarova bu qalmaqallı vəziyyəti özünün Telegram kanalında şərh edərək, bunu söz azadlığının məhvi adlandırıb.
Bundan əvvəl məlum olmuşdu ki, NATO-nun mətbuat xidməti mayın 14-15-də keçirilməsi nəzərdə tutulan bu tədbir üçün TASS-ın Ankaradakı müxbirinə akkreditasiya verməyib.
Mətbuat xidmətinin məktubunda qeyd olunur ki, “14-15 may 2025-ci il tarixlərində Antalyada NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünü işıqlandırmaq üçün xüsusi akkreditasiya üçün müraciət təmin edilməyib”.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər