Bütün xəbərlər
İstanbul Rusiya və Ukrayna arasında danışıqlara hazır olduğunu açıqlayıb
Tarix: 13-05-2025 18:28 | Bölmə: Manşet

Türkiyəli diplomatik mənbənin sözlərinə görə, Rusiya və Ukrayna arasında danışıqların aparılması üçün şərtlər İstanbulda tam hazırdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "İstanbulda hər şey hazırdır. Biz tərəflərdən konkret təkliflər gözləyirik", - RİA Novosti mənbəsi telefonla bildirib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Ukraynaya heç bir ilkin şərt olmadan mayın 15-də başlaya biləcək birbaşa danışıqları bərpa etməyi təklif edib.
Dövlət başçısı istisna etmir ki, bu danışıqlar zamanı atəşkəslə bağlı razılığa gəlmək olar. Rusiya fəal şəkildə uzunmüddətli sülh yolu ilə həll variantları axtarır, qarşısına münaqişənin əsas səbəblərini aradan qaldırmaq və öz maraqlarını qorumaq vəzifəsi qoyur.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər