Bütün xəbərlər
Zelenski: "Atəş kəsilsə, Putini Türkiyədə gözləyəcəm"
Tarix: 11-05-2025 22:30 | Bölmə: Manşet

Kiyev rejiminin başçısı Vladimir Zelenski bildirib ki, Qərb və Kiyev tərəfindən irəli sürülən Ukraynada atəşkəs təklifi mayın 12-də qüvvəyə minərsə, Rusiya prezidenti Vladimir Putinlə Türkiyədəki danışıqlarda şəxsən görüşməyə hazırdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Zelenski Telegram kanalında qeyd edib ki, Kiyev sabahdan tam atəşkəs gözləyir. Onun sözlərinə görə, atəşkəs diplomatiyaya başlamağa imkan verəcək.
"Və mən Putini cümə axşamı Türkiyədə gözləyəcəm. Şəxsən özüm", - Kiyev rejiminin başçısı yazıb.
Mayın 11-nə keçən gecə Rusiya prezidenti Vladimir Putin mayın 15-də Kiyev nümayəndələri ilə İstanbulda sülh danışıqlarının bərpası təşəbbüsü ilə çıxış edib. Onlar Ukraynanın təşəbbüsü ilə üç il əvvəl kəsilib. Bununla yanaşı, Putin açıq şəkildə göstərib ki, Ukraynada Kiyev və Qərbin mayın 12-dən tətbiq etməyə çalışdığı atəşkəsdən əvvəl Ukrayna münaqişəsinin əsas səbəbləri ilə bağlı danışıqlar aparılmalıdır.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Türkiyədə danışıqlarla bağlı bəyanatda əlavə və ya çıxaracaq heç nə yoxdur.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər