20:58 / 26-04-2025
4 zəlzələ qeydə alınıb
Bütün xəbərlər
Putinin cədvəlində Trampla söhbət yoxdur, lakin tez bir zamanda razılaşdırıla bilər
Tarix: 28-04-2025 12:28 | Bölmə: Manşet

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, hazırda Rusiya prezidenti Vladimir Putinin Amerika lideri Donald Trampla onun qrafiki üzrə yeni söhbəti yoxdur, lakin lazım gələrsə, bu, tez bir zamanda razılaşdırıla bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi brifinq zamanı məlumat verib.
"Hələ ki, bu, qrafikdə deyil. Amma zərurət yaranarsa, təkrar edirəm, çox tez razılaşdırıla bilər", - Peskov bildirib.
Putinlə Tramp arasında sonuncu dəfə martın 18-də telefon danışığı olub və onlar iki saatdan çox davam edib.Liderlər daha əvvəl fevralda danışmışdılar.
Qeyd edək ki, daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Putinlə Trampın mümkün görüşündən danışaraq, onları “öz taleyinin və öz cədvəllərinin ağası” adlandırıb.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər