20:58 / 26-04-2025
4 zəlzələ qeydə alınıb
Bütün xəbərlər
Lavrov: "Putin ABŞ-ın Ukraynada 30 günlük atəşkəs təşəbbüsünü dəstəklədi"
Tarix: 27-04-2025 20:46 | Bölmə: Manşet

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya prezidenti Vladimir Putin atəşkəs zamanı son on ildə buraxılan səhvlər təkrarlanmadığı təqdirdə Ağ Evin 30 günlük atəşkəs təşəbbüsünü dəstəkləyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Ukrayna ərazisinə zərbələri dayandırmaq barədə son çağırışını şərh edən nazirin qeyd etdiyinə görə, Rusiya Federasiyası yalnız Ukrayna Silahlı Qüvvələrinin yaraqlılarının istifadə etdiyi obyektlərə hücum edir.
“Atəşkəs və dayandırmaq çağırışına gəlincə, Rusiya prezidenti Vladimir Putin bir neçə həftə əvvəl ABŞ prezidenti Donald Trampın son on ildəki səhvləri təkrarlamamaq şərti ilə 30 günlük atəşkəs yaratmaq təklifini dərhal dəstəklədi”, - deyə, Lavrov CBS telekanalına müsahibəsində Ukraynanın ABŞ və Avropa ilə on il əvvəl bağladığı əvvəlki razılaşmaları pozduğunu vurğulayıb.
Daha əvvəl Lavrov bildirib ki, Aİ və Vladimir Zelenski Donald Trampın təklif etdiyi sülh təşəbbüsləri vasitəsilə Kiyev üçün qələbə və üstünlük əldə etmək istəyir.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər