Bütün xəbərlər
Yermak: "London danışıqları yeni məsləhətləşmələr haqqında razılaşma ilə başa çatıb"
Tarix: 23-04-2025 20:36 | Bölmə: Manşet

Kiyev nümayəndələri ilə avropalılar arasında Londonda aparılan danışıqlar Ukrayna nizamlanması üzrə məsləhətləşmələrin davam etdirilməsi barədə razılaşma ilə yekunlaşıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Kiyev rejiminin rəhbəri Vladimir Zelenski ofisinin rəhbəri Andrey Yermak deyib.
O, həmçinin əlavə edib ki, tərəflər ABŞ prezidenti Donald Trampın “sülh səylərinə” sadiqdirlər.
"Biz növbəti müntəzəm məsləhətləşmələr barədə razılığa gəldik" deyə, Yermak Telegram-da yazıb.
Bundan əvvəl Kiyev Ukraynada 30 günlük atəşkəslə bağlı avropalılarla məsləhətləşmələr aparmaq üçün Londona nümayəndə heyəti göndərib və bu səbəbdən də Vaşinqtondan Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün Amerika şərtlərini qəbul etmək üçün ultimatum alıb.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər