Bütün xəbərlər
Kreml Trampın Ukrayna nizamlanması planının məzmunu ilə tanış deyil
Tarix: 22-04-2025 18:21 | Bölmə: Manşet

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı sülh planının məzmununu bilmir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Peskov “İzvestiya” ilə söhbətində planın ictimaiyyətə açıqlanmayacağını qeyd edib.
"Xeyr. Olsa belə, heç kim bunu ictimailəşdirməz", - Kremlin sözçüsü müvafiq suala cavab verib.
Bundan əvvəl “New York Post” Amerika liderinin Ağ Evdə keçirdiyi mətbuat konfransı zamanı üç gün ərzində Ukrayna nizamlanması üzrə sülh planını dərc edəcəyinə söz verdiyi bir video yayımlamışdı.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər