09:43 / 18-04-2025
10 yaşlı qız yoxa çıxıb
Bütün xəbərlər
Peskov: “Rusiya İranın nüvə proqramının həllinə yardım etməyə hazırdır"
Tarix: 16-04-2025 14:31 | Bölmə: Manşet

Rusiya İranın nüvə proqramı ətrafında yaranmış böhranın diplomatik yolla həllinə yardım etməyə hazırdır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Jurnalistlərlə söhbətində Rusiyanın Çinlə birlikdə İran və ABŞ arasında yeni sazişin təminatçısı ola biləcəyi ilə bağlı fikirləri şərh edərkən o, Moskvanın ondan asılı olan hər şeyi edəcəyini vurğulayıb.
“Rusiya Federasiyası İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti siyasi və diplomatik vasitələrlə həll etmək üçün öz imkanları daxilində hər şeyi etməyə hazırdır”, - Peskov bildirib.
Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran nüvə proqramı üzrə ABŞ-la danışıqlarda uranın zənginləşdirilməsi məsələsini fundamental hesab edir. O, təkid edib ki, “zənginləşdirmə prinsipinin özü” müzakirə mövzusu deyil, eyni zamanda İran digər məsələlərdə ABŞ-la konstruktiv dialoqa hazırdır.
Öz növbəsində ABŞ prezidenti Donald Tramp İranın nüvə silahı yaratmaq işindən əl çəkəcəyi təqdirdə yenidən böyük ola biləcəyi barədə fikir bildirib.



Baxış sayı: 67


Bölməyə aid digər xəbərlər