Bütün xəbərlər
Lavrov: "ABŞ-Rusiya Ukrayna üzrə razılaşmanın əsas parametrləri hələ də müzakirə olunur"
Tarix: 14-04-2025 22:43 | Bölmə: Manşet

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Kommersant” qəzetinə müsahibəsində bildirib ki, Moskva və Vaşinqton Ukrayna böhranının həlli üçün mümkün razılaşmanın əsas müddəaları barədə hələlik razılığa gəlməyiblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, jurnalistlərin Rusiya və ABŞ-ın gələcək razılaşmanın əsas məqamlarını formalaşdırıb-tökməməməsi ilə bağlı sualını cavablandıran nazir mənfi cavab verib.
Əvvəlki danışıqların nəticələrini şərh edən Lavrov vurğulayıb ki, nizamlanmanın əsas komponentləri üzrə razılaşmaq asan deyil.Onlar müzakirə olunur.
Hərtərəfli sülh müqaviləsinin bağlanması üçün diplomatın fikrincə, münaqişənin əsas səbəblərini, o cümlədən Ukraynanın NATO-ya daxil olması və Ukraynada milli azlıqların hüquqlarının təmin edilməsi məsələsini aradan qaldırmaq lazımdır.
Aprelin 11-də ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin yaxın gələcəkdə həllinə ümid etdiyini bildirib.



Baxış sayı: 44


Bölməyə aid digər xəbərlər