19:30 / 13-04-2025
Tramvay təqaüdçünü vurub
22:36 / 12-04-2025
Polis reyd keçirib
Bütün xəbərlər
"The Times": İran İraq şiə qruplarına uzaqmənzilli raketlər verib
Tarix: 09-04-2025 23:38 | Bölmə: Manşet

İran hakimiyyəti İraqdakı şiə silahlı qruplaşmalarına uzaqmənzilli raketlər verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Times" qəzeti məlumat yayıb.
Nəşrin mənbələri İraq-İran sərhədindən silahların çatdırılmasının İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələri tərəfindən təşkil edildiyini bildirib.
"The Times"ə mənbələrdən biri deyib: "İran bu yaxınlarda İraqdakı şiə milislərinə raketlər ötürdü, o cümlədən daha uzun mənzilli yeni modellər, əvvəllər həmin milislərə verilmədi. Bu, iranlıların ümidsiz addımıdır və İraqın sabitliyini təhdid edir".
Daha əvvəl "Reuters" agentliyi mənbələrə istinadən xəbər vermişdi ki, İranın ali dini lideri Ayətullah Əli Xamenei ölkənin silahlı qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə salıb.
Bu qərarı şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, İran hakimiyyəti ABŞ-ın sərt ritorikasına cavab olaraq lazımi qoruyucu tədbirlər görür.



Baxış sayı: 68


Bölməyə aid digər xəbərlər