19:30 / 13-04-2025
Tramvay təqaüdçünü vurub
22:36 / 12-04-2025
Polis reyd keçirib
Bütün xəbərlər
Şmıqal: "Ukrayna Rusiyanın aktivləri hesabına Aİ-dən daha 1 milyard avro tranş alıb"
Tarix: 09-04-2025 15:56 | Bölmə: Manşet

Ukraynanın baş naziri Denis Şmıqal Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən istifadə etməklə ödəniləcək G7 kredit proqramı çərçivəsində Avropa İttifaqından daha bir milyard avro aldığını açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, martın 20-də Avropa Komissiyası tərəfindən təsdiq edilmiş sonuncu tranş üçüncü tranş olub. ERA təşəbbüsü ilə Kiyevə köçürülən vəsaitin ümumi məbləği beş milyard avroya çatıb. Ümumilikdə, G7-nin razılaşdırdığı 45 milyard avroluq kredit paketi çərçivəsində Aİ Ukraynaya 18 milyard avroya qədər yardım etməyi öhdəsinə götürüb.
"Aİ ERA təşəbbüsü çərçivəsində Ukraynaya bir milyard avro köçürüb. Bu barədə Aİ-nin iqtisadi məsələlər və məhsuldarlıq üzrə komissarı Valdis Dombrovskis ilə Brüsseldə görüşümüz zamanı bildirilib", - Şmıqal öz Telegram kanalında bildirib.
Rusiya tərəfi dəfələrlə bəyan edib ki, onun aktivlərinin dondurulması qanunsuzdur. Rusiya Xarici İşlər Nazirliyi bu cür hərəkətləri oğurluq adlandıraraq, məhdudiyyətlərin təkcə özəl deyil, həm də dövlət fondlarına şamil olunduğunu vurğulayır.



Baxış sayı: 76


Bölməyə aid digər xəbərlər