15:08 / 06-04-2025
Məktəbli infarkt keçirib
Bütün xəbərlər
Türkiyədə Ərdoğana etimad göstərməmək üçün imza toplamağa başlayıb
Tarix: 06-04-2025 15:16 | Bölmə: Manşet

Həbs edilən İmamoğlu Ərdoğanın əsas rəqibi və ən böyük müxalif Cümhuriyyət Xalq Partiyasından prezidentliyə yeganə namizəddir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, partiya bazar günü Ankarada növbədənkənar qurultayını keçirir.
“Bazar ertəsindən etibarən biz Ərdoğana ən geniş etimadsızlıq mövqeyini göstərmək üçün ölkəmizin bütün evlərində, bütün küçələrində imza toplamağa başlayacağıq... İyun ayında keçiriləcək (növbədənkənar prezident – red.) seçkilərinə hazırıq”, - deyə, Özəl müxalifət televiziya kanallarında çıxışında qeyd edib.
Onun sözlərinə görə, müxalifət həm iyun, həm də noyabrda keçiriləcək seçkilərdə Ərdoğanla mübarizə aparmağa hazırdır.
Ərdoğan ikinci prezidentlik müddətini icra edir; konstitusiya dövlət başçısının ardıcıl iki müddətdən artıq vəzifə tutmasını qadağan edir. Eyni zamanda Türkiyənin ədliyyə naziri Yılmaz Tunc bəyan edib ki, növbədənkənar seçkilər elan olunarsa, Ərdoğan yenidən prezidentliyə namizəd olmaq hüququna malik olacaq.
Növbədənkənar prezident seçkilərinin təyin edilməsi üçün Türkiyə parlamentinin 360 üzvü lehinə səs verməlidir. Hazırda müxalif Cümhuriyyət Xalq Partiyasının 127, hakim alyansın isə 315 deputatı var.
Müxalifətdən prezidentliyə namizəd olan İmamoğlu həbs olunduqdan sonra səlahiyyətləri müvəqqəti olaraq dayandırılıb. Məşhur siyasətçinin həbsi Türkiyədə etirazlara səbəb olub.



Baxış sayı: 42


Bölməyə aid digər xəbərlər