Bütün xəbərlər
Tramp: "Aİ və Kanadanın ABŞ-a qarşı əməkdaşlığı onlar üçün sərt sanksiyalarla nəticələnəcək"
Tarix: 27-03-2025 11:46 | Bölmə: Manşet

  ABŞ prezidenti Donald Tramp Aİ və Kanadanın Vaşinqtona qarşı əməkdaşlığa başlayacağı təqdirdə onlara daha sərt sanksiyalar tətbiq edəcəyini bildirib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə o, özünün "Truth Social" sosial şəbəkəsində yazıb.
Tramp əlavə edib ki, bu həm Aİ, həm də Kanadanın “ən yaxşı dostu” olan ABŞ-ı qorumaq üçün ediləcək.
"Əgər Aİ ABŞ-a iqtisadi zərər vurmaq üçün Kanada ilə işləmək qərarına gəlsə, mən böyük tariflərlə cavab verəcəyəm", - Tramp tvitində yazıb.
Respublikaçı əlavə etdi ki, bunlar əvvəllər müzakirə edilənlərdən daha sərt məhdudiyyətlər olacaq.
Tramp bu yaxınlarda "Truth Social"da yazıb ki, Vaşinqton Kanada spirtinə 200% sanksiya tətbiq edə bilər. ABŞ aprelin 2-dən etibarən bütün xarici istehsal avtomobillərinə 25 faizlik gömrük rüsumunu tətbiq edəcək. Tariflərin artırılması ABŞ-a avtomobil ixrac edən Avropa və Kanada avtomobil istehsalçılarına ən çox zərbə vuracaq. "Rolls-Royce" artıq Trampın siyasətinə görə istehsalı ABŞ-a köçürməyi düşünür.



Baxış sayı: 90


Bölməyə aid digər xəbərlər