Bütün xəbərlər
"Opora Rossii"nin vitse-prezidenti Sokolov: "Rusiyaya qarşı sanksiyaların ləğvi mərhələli olacaq"
Tarix: 26-03-2025 09:45 | Bölmə: Manşet

 Rusiyaya qarşı bir sıra sanksiyaların mümkün ləğvi prosesi bir neçə mərhələdə baş verəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu fikri “Opora Rossii” şirkətinin vitse-prezidenti Sergey Sokolov “Rossiya 24” telekanalına müsahibəsində bildirib.
Sokolov hesab edir ki, Ər-Riyadda Rusiya və Amerika nümayəndə heyətləri arasında məsləhətləşmələrdən sonra Rusiyaya qarşı sanksiyaların ləğvi realdır.
"Çox güman ki, bir neçə qadağalar paketi olduğu kimi, məhdudiyyətlərin aradan qaldırılmasının da bir neçə mərhələsi, bəlkə də onlarla mərhələləri olacaq. Çox fərqli olanlar var, amma təbii ki, siqnallar çox yaxşıdır", - o deyib.
Martın 25-də Kreml Rusiya və ABŞ ekspert qruplarının Səudiyyə Ərəbistanında keçirdiyi görüşdən sonra sənəd dərc edib. Sənəddə Qara dənizdə gəmiçilik təhlükəsizliyinin təmin edilməsi və güc tətbiq edilməməsi ilə bağlı tərəflər arasında razılaşmadan bəhs edilir.
Eyni zamanda Kreml Rusiya və ABŞ arasında Qara dənizlə bağlı razılaşmaların Moskvadan bir sıra məhdudiyyətlər götürüldükdən sonra qüvvəyə minəcəyini vurğulayıb. Söhbət “Rosselxozbank”a və qlobal ərzaq və gübrə ticarətində əməliyyatların təmin edilməsində iştirak edən digər maliyyə institutlarına qarşı sanksiyaların ləğvindən, habelə onların SWIFT sisteminə qoşulmasından və müxbir hesabların açılmasından gedir.



Baxış sayı: 94


Bölməyə aid digər xəbərlər