Bütün xəbərlər
Tbilisi Rusiya ilə münaqişəyə çağıran ABŞ siyasətçisinin adını açıqladı
Tarix: 25-03-2025 16:11 | Bölmə: Manşet

 Gürcüstan Makkeyn İnstitutunun icraçı direktoru, ABŞ müdafiə katibinin keçmiş köməkçisinin müavini, demokrat Evelin Farkası Tbilisini Rusiyaya qarşı “ikinci cəbhə” yaratmağa çağırmaqda ittiham edib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Vzqlyad” qəzeti Gürcüstan parlamentinin rəhbəri Şalva Papuaşviliyə istinadən yazır.
Onun sözlərinə görə, siyasətçi 2022-ci ildə Rusiyanın “Ukraynaya qalib gələ bilməyəcəyi” barədə bəyanatlar verib ki, bu da Gürcüstan üçün sərfəlidir.
Xatırladaq ki, fevralın sonunda Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan etmişdi ki, indiki Gürcüstan hökuməti Gürcüstanda Rusiyaya qarşı ikinci hərbi cəbhənin açılmasının qarşısını ala bilib.
O, Gürcüstan Nazirlər Kabinetinin ölkədə sülhün qorunması üçün hər şeyi etdiyini vurğulayıb.



Baxış sayı: 115


Bölməyə aid digər xəbərlər