Bütün xəbərlər
"Bloomberg": Vaşinqton və Kiyev Qara dənizdə 30 günlük atəşkəsi müzakirə edirlər
Tarix: 25-03-2025 14:31 | Bölmə: Manşet

Ər-Riyadda keçirilən danışıqların yeni raundu zamanı Amerika və Ukrayna nümayəndə heyətləri Qara dənizdə atəşkəs məsələsini qaldırıblar.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Bloomberg" mənbəyə istinadən yazır.
Onun sözlərinə görə, söhbət sularda 30 günlük atəşkəsdən gedir.
"Ukrayna və Amerika nümayəndə heyətləri Rusiya ilə münaqişədə 30 günlük enerji və Qara dəniz atəşkəsi müzakirə etmək üçün Ər-Riyadda danışıqların növbəti raundundadır", - nəşr yazır.
Çərşənbə axşamı səhər saatlarında "France Presse" (AFP) agentliyi ABŞ və Ukrayna nümayəndələri arasında danışıqların yeni mərhələsi barədə məlumat yayıb.
Ötən gün Rusiya ilə ABŞ arasında da danışıqlar aparılıb. 12 saatdan çox davam edən görüş Ər-Riyaddakı Ritz-Carlton otelində baş tutub. Rusiya tərəfini Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin və FTX direktorunun müşaviri Sergey Beseda təmsil edib. Nümayəndə heyətləri arasında söhbətdən sonra Karasin qeyd edib ki, Moskva və Vaşinqtonun Ukrayna münaqişəsi ilə bağlı fikirləri çox vaxt üst-üstə düşmür, lakin tərəflər əməkdaşlıq formaları tapmağa çalışırlar. Bundan başqa, danışıqlar zamanı Qara dənizdə gəmiçilik də müzakirə olunub.



Baxış sayı: 102


Bölməyə aid digər xəbərlər