Bütün xəbərlər
Peskov: "Ər-Riyad danışıqlarının nəticələri Moskva və Vaşinqtona göndərilib"
Tarix: 25-03-2025 13:54 | Bölmə: Manşet

Rusiya və ABŞ arasında Ər-Riyadda aparılan danışıqların nəticələri Moskva və Vaşinqtona təqdim edilib, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun qeyd etdiyinə görə, hazırda uzun sürən görüşlərin nəticələri təhlil edilir.
"Yəqin ki, məndən Ər-Riyadın nəticələri ilə bağlı sual verəcəksiniz. Uzun sürən Rusiya-Amerika danışıqlarının nəticələri paytaxtlara çatdırılıb. Hazırda onlar təhlil edilir", - Peskov bildirib.
Rusiya və ABŞ arasında danışıqlar bazar ertəsi Ər-Riyadda Moskva vaxtı ilə saat 10:00 radələrində başlayıb və axşam saatlarında başa çatıb. Rusiya nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq Komitəsinin rəhbəri Qriqori Karasin və FSB direktorunun müşaviri Sergey Beseda başçılıq edib.
Müzakirələrdə prezidentlər Vladimir Putin və Donald Tramp arasında əvvəlki telefon danışığının mövzusu olan Qara dəniz gəmiçilik təhlükəsizliyi təşəbbüsünün mümkün bərpasının təfərrüatlarına toxunulacağı gözlənilirdi.
Karasin bundan əvvəl əmin edib ki, fikir ayrılıqları olarsa, Moskva və Vaşinqton əməkdaşlıq yollarını tapmağa çalışacaqlar. O vurğulayıb ki, Ukrayna münaqişəsi ilə bağlı hər iki tərəfin fikirləri həmişə üst-üstə düşmür, lakin dialoq üçün fürsət yaranıb.



Baxış sayı: 101


Bölməyə aid digər xəbərlər