Bütün xəbərlər
Karasin: "Ər-Riyadda Rusiya-Amerika danışıqları başa çatır"
Tarix: 24-03-2025 21:51 | Bölmə: Manşet

 Rusiya Federasiyası və ABŞ nümayəndələri arasında Ər-Riyadda keçirilən məsləhətləşmələr başa çatmaq üzrədir.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya nümayəndə heyətinin üzvü, Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin deyib.
Səudiyyə Ərəbistanının paytaxtında danışıqlar on saatdan artıqdır ki, davam edir, nümayəndə heyətləri üç dəfə fasilə verib.
“Danışıqlar başa çatır”, - deyə, Karasin “İnterfaks” agentliyinə bildirib.
Daha əvvəl senator bəyan edib ki, Rusiya ilə ABŞ arasında məsləhətləşmələr yaradıcı şəkildə gedir.
Bildirilib ki, məsləhətləşmələrdə Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinə dair təşəbbüsün yenilənməsi nüansları müzakirə olunub. Bundan əvvəl bu məsələ Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı zamanı müzakirə olunub.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Ər-Riyadda keçirilən Rusiya-Amerika məsləhətləşmələrindən hər hansı irəliləyiş gözləməyin mənası yoxdur. Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Rusiya Federasiyası və ABŞ nümayəndələri danışıqlardan sonra sənədlər imzalamağı planlaşdırmırlar.
İclasda Rusiyanı Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin və FTX direktorunun müşaviri Sergey Beseda təmsil edir. ABŞ nümayəndə heyətinin tərkibinə Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Endryu Pik və Dövlət Departamentinin Siyasət Planlaşdırma direktoru Maykl Anton daxil idi.



Baxış sayı: 102


Bölməyə aid digər xəbərlər