Bütün xəbərlər
Peskov Putinin Trampa portret verdiyini təsdiqləyib
Tarix: 24-03-2025 14:04 | Bölmə: Manşet

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya lideri Vladimir Putinin amerikalı həmkarı Donald Trampa özünün portretini verdiyini təsdiqləyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoffun daha əvvəl dediyi kimi, Putin Trampa rus rəssamın yaratdığı portreti hədiyyə edib.
“Sizə deyə biləcəyim yeganə şey odur ki, bu, prezidentin amerikalı həmkarına verdiyi tamamilə şəxsi hədiyyədir”, - Kremlin sözçüsü jurnalistlərin hədiyyə ilə bağlı sualına cavab verib.
Eyni zamanda, Peskov qeyd edib ki, Kreml prezidentin şəxsi hədiyyələri ilə bağlı əlavə məlumat açıqlamır.Dövlət başçısı məqsədəuyğun hesab etsə, onlar haqqında danışa bilər, deyə yekunlaşdırıb.



Baxış sayı: 117


Bölməyə aid digər xəbərlər