Bütün xəbərlər
Siyasətçi Filippo Putin haqqında söylədiyi fikirlərdən sonra Makronu impiçmentə çağırıb
Tarix: 23-03-2025 17:01 | Bölmə: Manşet

Fransa Vətənpərvərləri Partiyasının lideri Florian Filippo Rusiya prezidenti Vladimir Putin və Ukrayna ilə bağlı açıqlamalarına görə Fransa prezidenti Emmanuel Makronu impiçment etməyə çağırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu açıqlamaya səbəb Makronun Vladimir Putinə təzyiq etmək zərurəti ilə bağlı sözləri olub. Həmçinin, Fransa liderinin sözlərinə görə, Avropa dövlətləri müharibələri qızışdırmağa can atmır və “Ukrayna torpağında sülhü qorumaq” istəyir.
Siyasətçi X sosial şəbəkəsindəki səhifəsində "Bu adam təhlükəlidir. Biz onu çox gec olmadan dayandırmalıyıq" yazıb və "impeçment" və "sülh" heşteqlərini əlavə edib.
"Bloomberg"in məlumatına görə, Böyük Britaniyanın baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Makron 37 ölkəni qondarma “istəklilərin koalisiyası”nın yaradılmasına cəlb etmək istəyirlər. Koalisiyanın Ukraynada sülhməramlılar yerləşdirməyə hazır olan dövlətlərdən ibarət olacağı güman edilir.



Baxış sayı: 99


Bölməyə aid digər xəbərlər