Bütün xəbərlər
Mask: "Cənubi Afrika "Starlink"ə lisenziya verməyəcək, çünki mən qaradərili deyiləm"
Tarix: 23-03-2025 12:01 | Bölmə: Manşet

Amerikanın "SpaceX" şirkətinin rəhbəri İlon Mask Cənubi Afrika Respublikasının "Starlink" peyk rabitəsi proqramının fəaliyyətinə qadağa qoymasını irqçilik adlandırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, qaradərili olmadığı üçün ona Cənubi Afrikada "Starlink"lə işləmək üçün lisenziya verilmir.
"Starlink, sadəcə qaradərili olmadığım üçün Cənubi Afrikada fəaliyyət göstərmək üçün lisenziya almır. Bu, doğrudurmu?"
"Reuters" xəbər verir ki, Cənubi Afrika hakimiyyəti bu sözlərə dərhal cavab verib.
Cənubi Afrika Xarici İşlər Nazirliyinin sözçüsü Clayson Monyela sosial şəbəkədə "Cənab, bu doğru deyil və siz bunu bilirsiniz. Bu qərarın dərinizin rəngi ilə heç bir əlaqəsi yoxdur. "Starlink" yerli qanunlara əməl olunduğu müddətcə Cənubi Afrikada fəaliyyət göstərə bilər" yazıb.
"Reuters"in məlumatına görə, İlon Mask (1971-ci ildə Pretoriyada anadan olub) xarici telekommunikasiya lisenziya sahiblərinin yerli törəmə müəssisələrinin 30 faizini “tarixi cəhətdən əlverişsiz qruplara” satmağı tələb edən yerli qanunlara zərbə vurmuş kimi görünür. Lakin Mask bu payın yenidən nəzərdən keçirilməsini tələb etdi.



Baxış sayı: 96


Bölməyə aid digər xəbərlər