Bütün xəbərlər
Tramp Çarlz III-ün “gizli təklifini” bəyənir
Tarix: 21-03-2025 21:11 | Bölmə: Manşet

ABŞ prezidenti Donald Tramp Böyük Britaniya kralı III Çarlzın Böyük Britaniyaya gözlənilən səfəri zamanı müzakirə oluna biləcək təşəbbüsə müsbət münasibət bildirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Truth sosial" şəbəkəsində yazıb.
Amerika liderinin öz nəşrində istinad etdiyi “The Sun” qəzeti yazır ki, III Çarlz Birləşmiş Ştatlara Böyük Britaniyanı və onun demək olar ki, bütün keçmiş müstəmləkələrini, dominionlarını və protektoratlarını birləşdirən Millətlər Birliyinin assosiativ üzvü statusunu təklif edə bilər.
"Mən Kral Çarlzı sevirəm. Onu sevirəm", - Tramp yazıb.
Bu ideya Trampın birinci dövründə müzakirə edilib, lakin həyata keçirilməyib.
Fevralın sonunda Böyük Britaniyanın baş naziri Keir Starmer Trampa Kral III Çarlzdan Böyük Britaniyaya ikinci dövlət səfəri üçün dəvətnamə təqdim edib. Tramp dəvəti qəbul edərək, səfərin “yaxın gələcəkdə” baş tutacağını bildirib. Dəqiq tarixlər hələ müəyyən edilməyib.



Baxış sayı: 105


Bölməyə aid digər xəbərlər