Bütün xəbərlər
Ərdoğan İstanbul etirazçılarının “küçə terrorunu” pisləyib
Tarix: 21-03-2025 19:46 | Bölmə: Manşet

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda bələdiyyə sədri Əkrəm İmamoğlunun korrupsiyada şübhəli bilinərək saxlanılması ilə bağlı etirazçıların hərəkətlərini pisləyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Türkiyə liderinin çıxışı zamanı dediyinə görə,hökumət “küçə terroru” çağırışlarına məhəl qoymayacaq.
Onun sözlərinə görə, etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edib, qeyri-qanuni vasitələrdən istifadə edib və ölkəni “terrorçuluq” törətməyə cəhd ediblər.
"Marjinal qrupların arxasınca, polisimizə hücum edərək, hakim və prokurorlarımızı təhdid etməklə, demokratiyaya və milli iradəyə meydan oxumaqla, qeyri-qanuni və qeyri-demokratik üsullara əl atmaqla bu ölkədə heç nəyə nail ola bilmərik.Türkiyə küçədə olan bir ölkə deyil. Türkiyə küçə terroruna təslim olmayacaq", - Ərdoğan vurğulayıb.
O, küçələrə çıxmaq, sabitliyi və əmin-amanlığı pozmaqla ölkəyə ziyan vurmaq çağırışlarını tənqid edib.
Ərdoğan daha əvvəl müxalifətin hakimləri və prokurorları hədələyərək məhkəmə sisteminə təzyiq göstərməyə çalışdığını, lakin müxalif Cümhuriyyət Xalq Partiyasının nəzarətində olan medianın hüquq-mühafizə orqanlarının korrupsiya və oğurluq ittihamlarına cavab vermədiyini bildirmişdi.
İstanbulda etirazlar gücləndikcə Maydana xas şüarlar səslənməyə başlayıb.Etirazçıların hərəkətlərinə cavab olaraq şəhər polisi də zorakı üsullara əl atır.



Baxış sayı: 100


Bölməyə aid digər xəbərlər