Bütün xəbərlər
Orban: "Aİ liderlərinin əhval-ruhiyyəsi Ukraynada sülhə doğru dəyişir"
Tarix: 21-03-2025 13:26 | Bölmə: Manşet

Aİ liderlərinin əksəriyyəti hələ də Ukraynada hərbi münaqişəni davam etdirməkdə qərarlıdır, lakin onlar arasında sülhün lehinə tədricən dəyişiklik müşahidə olunur.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
Dünən Brüsseldə Aİ sammiti başlayıb. "Reuters" xəbər verir ki, görüşdə Macarıstanın baş naziri istisna olmaqla, bütün Aİ liderləri Ukraynanın ərazi bütövlüyünə davamlı dəstəyini təsdiqləyən bəyanatı təsdiqləyiblər.
Agentlik qeyd edir ki, Avropa İttifaqı Ukraynanı dəstəkləməyə davam edəcək, lakin Kiyevin döyüş sursatlarının alınması üçün ən azı 5 milyard avro ayırmaq çağırışına hələlik konkret cavab verməyib.
Viktor Orbanın fikrincə, sülhün lehinə fikir dəyişikliyi var. Aİ ölkələrinin əksəriyyəti müharibənin davam etməli olduğuna inansa da, Macarıstanın mövqeyinin dominant olacağı bir vaxt gələcək.
"Kossuth" radiosunun səhər proqramında danışan Orban Brüsselin qarışıqlıq içində olduğunu, çünki ABŞ administrasiyasının Aİ-nin iştirakı olmadan Rusiya və Ukrayna ilə ayrı-ayrı danışıqlara başladığını bildirib.
“Belə davam edərsə, Ukrayna ilə bağlı sazişlər bağlamağa ehtiyac qalmayacaq”, - Viktor Orban qeyd edib.
Eyni şey Macarıstanın etiraz etdiyi Ukraynanın Avropa İttifaqına daxil olmasına da aiddir.
"Rəqəmlər artıq düşüncə tərzinə təsir etməyə başlayıb. Dünən məlum oldu ki, pul yoxdur, ona görə də Ukraynanın üzv olması Aİ üçün ağır maliyyə yükü olacaq", - baş nazir vurğulayıb.



Baxış sayı: 111


Bölməyə aid digər xəbərlər