Bütün xəbərlər
Volodin: "BOK rəhbəri Bax Paris Olimpiadasının biabırçılığından sonra vəzifəsini tərk etməli idi"
Tarix: 20-03-2025 15:38 | Bölmə: Manşet

 Beynəlxalq Olimpiya Komitəsinin (BOK) hazırkı rəhbəri Tomas Baxın istefası Parisdə 2024-cü ildə keçirilən rüsvayçı Olimpiadadan dərhal sonra baş verməli idi. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.
BOK-un yeni prezidentinin seçilməsi martın 20-də baş tutacaq.Volodinin sözlərinə görə, Bax Olimpiya hərəkatını tamamilə nüfuzdan salıb.
"Onun (Baxın) istefası Parisdəki biabırçı Olimpiadadan dərhal sonra baş verməli idi" deyə, Volodin Teleqram kanalında yazıb.
Cümə axşamı Olimpiya Komitəsinin 109 üzvü təşkilatın yeni prezidentini seçmək üçün Yunanıstanın Kosta Navarino şəhərində BOK-un 143-cü Sessiyasına toplaşacaq. Seçki prosesini tənqid edən britaniyalı idmançı Sebastyan Kou da daxil olmaqla, bu vəzifəyə yeddi namizəd mübarizə aparır. Onlar səsvermənin bir neçə mərhələsindən keçəcəklər. Hər mərhələnin sonunda ən az səs toplayan namizəd seçkidən kənarlaşdırılacaq.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ümid etdiyini bildirib ki, rəhbərlik dəyişdikdən sonra BOK yenidən “idman siyasətdən kənar” prinsipinə əməl edəcək. Kreml rusiyalı idmançıların beynəlxalq yarışlarda iştirakını çox vacib hesab edir.



Baxış sayı: 103


Bölməyə aid digər xəbərlər