Bütün xəbərlər
Szijarto: "Əksər Avropa ölkələri Ukraynadakı münaqişənin davam etməsini istəyir"
Tarix: 18-03-2025 13:41 | Bölmə: Manşet

Macarıstanın xarici işlər naziri Peter Szijjarto hesab edir ki, əksər Aİ ölkələri və Avropa qurumları Ukrayna münaqişəsini davam etdirməyə hazırdırlar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, Aİ-yə üzv ölkələrin əksəriyyəti “müharibənin davam etdirilməsi ilə bağlı açıq-aşkar öhdəlik götürüblər”. Szijjarto hesab edir ki, bu, yalnız daha çox itki və dağıntıya səbəb olacaq.
"Mən bilmirəm, Avropa niyə bunu istəyir, avropalı siyasətçilər niyə bunu istəyir. Ona görə də ümid edirəm ki, Avropada vətənpərvər siyasi qüvvələr gücləndikcə, sülh mövqeyi də güclənəcək", - o, "Raisa Dialogue" politologiya konfransının kuluarlarında deyib.
Macarıstanlı nazir həmçinin ümid etdiyini bildirib ki, ABŞ prezidenti Donald Trampın Rusiya ilə danışıqların uğurlu alınmasına sadiqliyi bəzi Avropa liderlərinin prosesi pozmaq iradəsindən daha güclüdür.
Bir gün əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya lideri Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında martın 18-də baş tutacaq telefon danışığını təsdiqləyib. Amerika prezidentinin əvvəllər dediyi kimi, indi o, ölüm hallarının qarşısını almaq üçün sülh sazişinin imzalanmasına diqqət yetirməyi planlaşdırır.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər