Bütün xəbərlər
Taker Karlson: "Rusiya 25 il əvvəlkindən daha yaxşıdır"
Tarix: 18-03-2025 11:00 | Bölmə: Manşet

Son 25 ildə Rusiyada həyat səviyyəsi yüksəldi.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu amerikalı jurnalist Taker Karlson YouTube-da həmkarı Kleyton Morrisonla söhbətində deyib.
O qeyd edib ki, bu arada Amerika meqapolislərində deqradasiya müşahidə olunur. O, Nyu-York, Çikaqo və Baltimorda həyat səviyyəsinin xeyli aşağı düşdüyünü, lakin heç kimin buna görə məsuliyyət daşımadığını söylədi.
"Rusiya indi 25 il əvvəlkindən yaxşıdır. Kimsə deyə bilər ki, belə deyil? Belədir", - Karlson öz fikrini bildirib.
Keçən fevral ayında Karlson Moskvaya səfər edib və Rusiya prezidenti Vladimir Putindən müsahibə alıb.
Bu yaxınlarda jurnalist etiraf edib ki, o, Rusiya liderinə ölkəni birlikdə saxlaya bildiyinə görə hörmət edir.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər