Bütün xəbərlər
"France 24": Kanadanın Baş naziri Zelenskini G7 sammitinə dəvət edib
Tarix: 17-03-2025 23:46 | Bölmə: Manşet

Kanadanın baş naziri Mark Karni Kiyev rejiminin başçısı Vladimir Zelenskini G7 sammitinə dəvət edib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “France 24” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Karni bu təklifi həftəsonu Zelenski ilə telefon danışığı zamanı edib.
"Kanadanın baş naziri Mark Karni Ukrayna prezidenti Vladimir Zelenskini iyunda Alberta əyalətinin qərbində keçiriləcək G7 sammitinə dəvət edib", - "France 24" xəbər yayıb.
Bundan əvvəl Kiyev rejimi dondurulmuş Rusiya aktivləri ilə təmin edilmiş ilk maliyyə yardımı tranşını Kanadadan alıb.Onun həcmi 1,7 milyard dollara çatır.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər